Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu öz işini STM-də panel müzakirələrlə davam etdirib
20.06.2023 15:50
TƏBİB-in təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda iştirak üçün xaricdən gələn azərbaycanlı həkimlər Sumqayıt Tibb Mərkəzində (STM) olublar.
 
Aztibb.az-a STM-dən verilən xəbərdə bildirilir ki, simpoziumun işgüzar proqramı çərçivəsində “Cərrahiyyədə multidisiplinar yanaşmalar”, “Daxili xəstəliklərin müalicəsində yeni yanaşmalar”, “Ailə və uşaq sağlamlığına strateji yanaşma”, “Oftalmologiyada yeniliklər” mövzularında panel müzakirələr təşkil edilib.
 
“Cərrahiyyədə multidisiplinar yanaşmalar” adlı panel müzakirəsində Almaniyada fəaliyyət göstərən təbib Gülşən Əhmədli “Tibb sahəsində idarəetmə”, “Çapıqların aktual cərrahi və qeyri-cərrahi müalicəsinə yeni baxışlar”, Rusiyada çalışan təbib İlqar Əliyev “Kəskin beyin-qan dövranının pozulmalarında intensiv-reanimasion tədbirlər” mövzularında təqdimatlarla çıxış ediblər.
“Daxili xəstəliklərin müalicəsində yeni yanaşmalar” adlı panel müzakirəsində Almaniyada fəaliyyət göstərən təbib Fuad Mahmudlu “Kəskin miokard infarktı olan xəstələrə müasir yanaşma, aktual problemlər”, Türkiyədə çalışan təbib Nihat Mustafayev “Nevroloji xəstəliklərdə ultrasəs ilə botulinum toksin müalicəsi”, Amerikada fəaliyyət göstərən təbib Xalis Mustafayev “Qlobal ictimai səhiyyə problemi” mövzularında təqdimatlarla çıxış ediblər.
 
“Ana və uşaq sağlamlığına strateji yanaşma” adlı panel müzakirəsində Türkiyədə fəaliyyət göstərən təbib Melahat Akgün “Ailə sağlamlıq mərkəzləri: hamiləlik, yenidoğulmuşun müayinələri, vaksinasiya”, Səudiyyə Ərəbistanında çalışan təbib Gültəkin Bəkirova “Reanimasiyada ultrasəs müayinələri” mövzularında təqdimatlarla çıxış ediblər.
 
“Oftalmologiyada yeniliklər” adlı panel müzakirəsində isə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən təbib Lana Yusufova “Diabetik göz xəstəlikləri”, Almaniyada çalışan təbib Leyla Xəlilova “Uveal melanoma: aşkarlanması və terapiyası” mövzularında təqdimatla çıxış ediblər.
 
Sonda mütəxəssislər tərəfindən iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev