Azərbaycan Avropa Uşaq Cərrahları Assosiasiyasının 24-cü konqresində təmsil olunub
20.06.2023 09:01

Türkiyənin İzmir şəhərində Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) 24-cü konqresi keçirilib.

 

“Uşaq cərrahiyyəsinin müxtəlif aspektləri”nə həsr olunmuş konqresdə ölkəmizi Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının sədri, ATU-nun Uşaq cərrahlığı kafedrasının müdiri, professor Ramiz Poluxov və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Lətif Zeyniyev təmsil ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Konqresin keçirildiyi 4 gün ərzində 300-dən çox məruzə müzakirə olub.

 

Tədbirdə azərbaycanlı həkimlər tərəfindən Azərbaycan Tibb Universitetinin Stavropol Dövlət Tibb Universiteti, Rusiya Tibb Elmləri Akademiyası, Xabarovskda fəaliyyət göstərən Uzaq Şərq Dövlət Tibb Universitetinin uşaq cərrahlığı kafedralarının “Uşaq cərrahiyyəsi sosial mediada” mövzusunda apardığı birgə araşdırma təqdim olunub.

 

Azərbaycanlı həkimlər fasilələr zamanı EUPSA prezidenti Amulya Saxena, 24-cü konqresin sədri, Egey Universitetinin professoru Orkan Ergün, Türkiyə Uşaq Cərrahlığı Dərnəyinin katibi, professor Tutku Soyer, Ankara Şəhər Xəstəxanasının baş həkimi, professor Emrah Şenel, həmin xəstəxananın Uşaq yanıq və yara bölümünün rəhbəri, dosent Sabri Demirlə aktual məsələləri müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır