Mərkəzi Gömrük Hospitalının xidmətdə fərqlənən bir qrup əməkdaşı mükafatlandırılıb
18.06.2023 10:33

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov tərəfinfən Mərkəzi Gömrük Hospitalının xidmətdə fərqlənən bir qrup əməkdaşına “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı, döş nişanı, fəxri fərmanlar təqdim edilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, xidmətdə əldə etdikləri yüksək müvəffəqiyyətləri, qüsursuz xidməti və digər nailiyyətləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022) Azərbaycan Respublikasının yubiley medalı ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Radiologiya şöbəsinin həkim-sonoloqu Günay Əhmədova və həkim-terapevt Nazilə Xəlilbəyova təltif olunublar.

 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Ürək-damar cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı Elməddin Əliyev, Travmatologiya və ortopediya şöbəsinin rəisi, travmatoloq-ortoped Ramin Rzayev, Cərrahiyyə şöbəsinin həkim-cərrahı Aynur Səfiyeva “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə mükafatlandırılıblar.

 

Mərkəzi Hospitalının Planlaşdırma və marketinq şöbəsinin PR üzrə mütəxəssisi Dilarə Zamanova “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunub.

 

Həmçinin Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti Orqanının Fəxri fərmanı ilə Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı Vüsal Cəfərov, Patomorfoloji diaqnostika şöbəsinin rəisi Zərifə Yusifli, Poliklinika şöbəsinin həkim-otolorinqoloqu Elvin Əzizov, Ürək-damar cərrahiyyəsi şöbəsinin həkim-cərrahı Kənan Əsədov, Qan Bankının həkim-bioloqu Gülxar Quliyeva, Planlaşdırma və marketinq şöbəsinin Marketinq üzrə mütəxəssisi Salva Rüstəmova, Cərrahiyyə şöbəsinin tibb bacıları Kəmalə Şirinova və Gülbəniz Əliyeva, İkinci Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacısı Qərənfil Süleymanova, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin baş tibb bacısı Cəmilə Qarayeva və tibb bacısı İlhamə Mirzəyeva təltif olunublar.

 

Tibbi Xidmət İdarəsi Həkim Tibb komissiyasının həkim cərrahı Nurlan Mahmudova, Fizioterapiya şöbəsinin tibb bacısı Natella Əliyeva, Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu Sədi Allahverdiyev, İnsult Mərkəzi həkim nevroloq Lalə İbrahimova və Kardiologiya şöbəsinin kardioloqu Emin Allahverdiyev, həkim kardioloq Nəsimi Cabbarov və böyük tibb qardaşı Vüsal Əliyevə təşəkkür elan edilib.

 

Bundan başqa, xidmətdə fərqlənmiş Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalının 10 əməkdaşına həvəsləndirmə tədbiri kimi pul mükafatı təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır