Naxçıvan Onkoloji Mərkəzinin radioloqu, Əməkdar həkim Əkbər Mehdiyev - Həkimlərimizi tanıyaq!  
17.06.2023 16:10

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.

 

Rubrikada bu dəfə Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər Mehdiyevi oxuculara təqdim edirik.

 

Əkbər Mehdiyev 15 iyun 1948-ci ildə Babək rayon Məmmədrza Dizə kəndində anadan olub.1967-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 1973-cü ildə həmin universiteti bitirərək Naxçıvan Respublika Gigiyena və Epidemiologiya Mərkəzində həkim kimi fəaliyyətə başlayıb.

 

O, həmin ilin noyabr ayında və 1974-cü ilin fevral ayında Rusiyanın Stavropol şəhərində Xüsusi Təhlükəli İnfeksion xəstəlikləri üzrə kurs keçib. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Radio Biologiya Bölməsinə kiçik elmi işçi olaraq qəbul olunub.

 

Bu illər ərzində müxtəlif kursları yüksək nailiyyətlərlə bitirən Əkbər həkim 1986-cı ildən Naxçıvan Onkoloji Mərkəzində həkim kimi fəaliyyətini davam etdirir. O, hazırda Radiologiya şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən Əkbər Mehdiyev "Əməkdar həkim” fəxri adına layiq görülüb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev