Ulu Öndər Heydər Əliyev səhiyyəmizin uğurlu inkişafında misilsiz xidmətlər göstərib
17.06.2023 09:58

Mərkəzi Gömrük Hospitalında 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edərək peşə bayramı münasibətilə Mərkəzi Gömrük Hospitalının əməkdaşlarını təbrik edib.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin səhiyyəmizin uğurlu inkişafındakı misilsiz xidmətlərindən bəhs olunub və Prezident İlham Əliyevin bütün istiqamətlərdə reallaşdırdığı sosial-iqtisadi siyasətin, Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələrin ölkəmizdə tibb elminin tərəqqisinə, səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunmasına münbit şərait yaratdığı vurğulanıb.

 

Qeyd olunub ki, qısa zaman kəsiyində ölkəmizin nümunəvi tibb ocaqlarından birinə çevrilən Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşlarının sağlamlığının keşiyində durmaqla yanaşı, gömrük orqanları qarşısında duran vəzifələrin icrası istiqamətində də əhəmiyyətli rol oynayır.

 

Daha sonra Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, İdarənin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və digərləri Mərkəzi Gömrük Hospitalının tibb sahəsində qabaqcıl bilik, təcrübə və texnologiyaların öyrənilərək ölkəmizdə tətbiqi, COVID-19 pandemiyası ilə mübarizə sahəsində əldə etdiyi nailiyyətlərdən, əhalinin müxtəlif kateqoriyaları arasında keçirilən sosial aksiyalardan, inkişaf etmiş ölkələrin səhiyyə ocaqları ilə qurulan işgüzar əlaqələrdən bəhs ediblər.

Sonda Tibbi Xidmət İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı, döş nişanı, fəxri fərmanlar təqdim edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev