"Yeni Klinika"da Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib
17.06.2023 09:22

"Yeni Klinika"da 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

 

Müəssisədən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə “Yeni klinika” tibb müəssisəsinin direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayev bu günün təsis edilməsinin Ümummilli Liderin tibb işçilərinin zəhmətinə yüksək dəyər verməsinin əsas göstəricisi olduğunu bildirib.

 

Pandemiya və 44 günlük müharibə dövründə həkimlərin göstərdiyi fədəkarlığın danılmaz bir fakt olduğunu ifadə edən baş həkim həmin dövrdə şəhid olan həkimlərə rəhmət diləyib.

 

Daha sonra direktorun müalicə işləri üzrə müavini vəzifəsini icra edən, Terapiya şöbəsinin müdiri Dilman Əhmədov, Həmkarlar İttifaqının sədri, endokrinoloq Səbinə Paşayeva, Urologiya şöbəsinin müdiri Emil Muxtarov, Kardiologiya şöbəsinin müdiri Şahanə Ələsgərli, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Nicat Nəcəfov çıxış edərək çətin, eyni zamanda şərəfli peşənin sahiblərini təbrik ediblər.

 

Sonda direktorun müalicə işləri üzrə müavini vəzifəsini icra edən Dilman Əhmədov və tibbi şöbələr Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təltif ediliblər.

 

Tədbirin bədii hissəsində pandemiya və 44 günlük müharibə dövrünün görünməz qəhrəmanlarını əks etdirən videoçarx nümayiş etdirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır