Müasir kardiologiyada nailiyyətlər və innovativ yeniliklərdən bəhs olunub
16.06.2023 16:50

“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyinin Kardiologiya İnstitutu tərəfindən “Müasir kardiologiya: nailiyyətlər və innovativ yeniliklər” mövzusunda beynəlxalq elmi-praktik konqres keçirilib.

Aztibb.az-a verilən məlumata görə, dövlət rəsmilərinin və müxtəlif ölkələrdən tanınmış elm xadimlərinin, ümumilikdə isə 400-ə yaxın həkimin iştirak etdiyi tədbirdə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra institutun 45 illik yubileyi ilə əlaqədar sənədli film nümayiş olunub, çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsi qarşısındakı misilsiz xidmətlərindən danışılıb, elmi müəssisənin tarixi yoluna nəzər salınıb və görülən işlərdən bəhs edilib.

Konqresdə kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Çıxışlarda bildirilib ki, hazırda İcbari Tibbi Sığortanın xidmətlər zərfinə 2500-dən artıq tibbi xidmət daxildir. Ürək damar xəstəlikləri ilə bağlı xidmətdən icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində 400-ə yaxın şəxs istifadə edib.

Qeyd edilib ki, ötən il paytaxtdakı dövlət müəssisələrində ürək-damar sistemində aparılan əməliyyatlar və presudurların sayı 7 mindən çox olub. Xidmətlər zərfindən yararlanmaqla aparılan cərrahi əməliyyatlardan 70-dən çoxu ürək-damar sistemində aparılan əməliyyatlardır. Agentliklə müqaviləli özəl klinkalarda isə ötən il 34 mindən artıq ürək-damar cərrahiyyəsi əməliyyatları icra olunub.

Konqres çərçivəsində bu sahəyə dair praktik kurslar da təşkil edilib, iştirakçılara sertifikatlar təqdim olunub.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır