Səhiyyə Nazirliyində Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş geniş tərkibli kollegiya iclası keçirilib
16.06.2023 16:31

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) 17 iyun - Tibb İşçilərinin Peşə Bayramına həsr edilmiş geniş tərkibli kollegiya iclası keçirilib. 

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, iclasda Bakı və bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri, tanınmış tibb elmi xadimləri iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

 

Konfransda səhiyyə naziri Teymur Musayev Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edərək onlara vacib və nəcib peşələrində uğurlar arzulayıb. Qeyd edib ki, belə əlamətdar günlərin qeyd edilməsi hər hansı bir peşə sahiblərinə cəmiyyətin verdiyi yüksək dəyərin ifadəsidir”.

 

Teymur Musayev vurğulayıb ki, bu il adları müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış iki böyük şəxsiyyətin – dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın elm və təbabət tarixində silinməz izlər qoymuş görkəmli alim və həkim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmalarının 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Onun sözlərinə görə, Tibb İşçilərinin Peşə Bayramı Günününü qeyd olunması Ulu Öndərin Azərbaycan səhiyyəsinə, tibb işçilərinin fəaliyyətinə yüksək qiymət verməsinin göstəricisidir.

 

Diqqətə çatdırılıb ki, məhz 17 iyun tarixində Azərbaycan Demokratik Respublikasının Səhiyyə Nazirliyi yaradılıb. 105 illik bir dövrdə Azərbaycan səhiyyəsi şərəfli və çətinliklərlə dolu bir yol keçib, hər bir tarixi mərhələdə ona həvalə olunmuş missiyanı peşəkarlıqla yerinə yetirdi.

 

Nazir Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, əksər böyük tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib vətənə qayıdıblar:

 

“Bu gün də ölkəmizdə tibb işçilərinə həmin münasibət, yüksək dəyər verilir. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, gərgin zəhməti sayəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf templəri müşahidə edilir. Müasir dövrün tələblərinə uyğun olaraq, milli səhiyyə sistemində mütərəqqi idarəetmə texnologiyalarının tətbiqi, innovativ layihələrin reallaşması, beynəlxalq standartlar əsasında qurulması, yüksək İKT tətbiqlərin istifadəsi ilə səhiyyənin rəqəmsallaşdırılması, uğurlu menecment sisteminin istifadəsi sahəsində müxtəlifyönümlü işlər icra olunur. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır. Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib”.

 

Teymur Musayev son üç ildə Azərbaycan tibb işçilərinin COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərdiklərini qeyd edib. O, İkinci Vətən müharibəsində 159 hərbi tibb işçisinin müxtəlif dərəcəli bədən xəsarəti aldığını, 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi şəhid olduğunu diqqətə çatıdırb.

 

Tədbirdə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri Fərmanla təltif olunanları nazir təbrik edib.

 

 

 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Həyat yoldaşına böyrəyini bağışladı
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları