Vüqar Qurbanov Qlobal Fondun nümayəndə heyəti ilə görüşüb
15.06.2023 13:23

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun nümayəndə heyəti ilə görüşüb.

 

Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, görüşdə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri Olga Avdeyeva və Fondun nümayəndələri Natalya Maniç, Dinara Abbas, Səhiyyə Nazirliyi İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramın Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov və Araz Nəsirov, TƏBİB-in müvafiq departament, şöbə rəhbərləri iştirak ediblər.

 

Görüşdə vərəmə dair prioritet müdaxilələr, vərəm proqramının genişləndirilməsi, müvafiq fəaliyyətlərin maliyyələşdirmə imkanları və digər məsələlər müzakirə olunub.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vərəmə effektiv nəzarət üçün əlverişli şərtlər və sistemlər yaratmaq, vərəmin bütün formalarının erkən və keyfiyyətli diaqnostikasının əlçatan olmasını təmin etmək məqsədilə qurumun sistemli şəkildə apardığı işlərin tərkib hissəsi olaraq Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində Saray modul tipli xəstəxananın may ayında istifadəyə verildiyini vurğulayıb. O, bildirib ki, tibb müəssisəsində Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu mövcuddur.


İcraçı direktor regionlarda da vərəm əleyhinə xəstəxanaların açılmasının nəzərdə tutulduğunu və vərəmlə mübarizə tədbirləri çərçivəsində ilkin səhiyyə xidməti müəssisələrinin rolundan bəhs edib.

 

V.Qurbanov TƏBİB-in tabeli müəssisələrində fəaliyyət göstərən mütəxəssislərin (həkim-ftiziatrların və pulmonoloqların) məlumatlılıqlarının artırılması, təlimlərə cəlb edilməsində qurumun maraqlı olmasını bildirib və bu istiqamətdə ölkəyə beynəlxalq ekspertlərin dəvət edilməsinin vacibliyini qeyd edib.

 

Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri Olga Avdeyeva TƏBİB ilə əməkdaşlıq çərçivəsində vərəm proqramının genişləndirilməsinin, vərəmin diaqnostikası və bu istiqamətdə laboratoriya xidmətlərinin gücləndirilməsinin əhəmiyyətindən söz açıb. O, bildirib ki, sözügedən istiqamətdə tibb işçilərinin maarifləndirilməsi prioritet məqsədlərdən biridir.

 

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev