Nazir: "Azərbaycan Qlobal Fondla əlaqələrə və əməkdaşlığa hər zaman önəm verir"
14.06.2023 18:15

Azərbaycanın Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Olqa Avdeyevanın başçılıq etdiyi Missiya ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edib: “2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir. Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir. Son zamanlar Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri əməkdaşlığımızın inkişafına böyük dəstəkdir”.

 

Sonda Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın AİDS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirərək, göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. Olqa Avdeyeva son zamanlar Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə bir sıra mühüm layihələrin uğurla icra olunduğunu vurğulayıb.

 

Görüşdə, həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev