Tibb ədəbiyyatında nadir hal: Boynuna taxılan implant mədəsinə düşdü
14.06.2023 11:54

Kahramanmaraşda yaşayan 40 yaşlı Sultan Tıraşa boyun yırtığı səbəbiylə taxılan implantlardan biri bir müddət sonra yerindən çıxaraq yemək borusundan mədəsinə düşüb.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, tibb ədəbiyyatında nadir rast gəlinən bu hadisədən sonra Sultan Tıraş Qaziantepdəki özəl universitet xəstəxanasında keçirdiyi əməliyyatla sağlamlığına qovuşub.

 

Tıraşın sağlamlıq vəziyyəti ilə əlaqədar mətbuat konfransında onu əməliyyat edən prof. Levent Elbəyli pasiyentin huşsuz vəziyyətdə xəstəxanaya gətirildiyini və həyatını itirmə riskinin çox yüksək olduğunu bildirib. Tibb ədəbiyyatında bu hadisəyə rast gəlinmədiyini deyən L.Elbəyli rentgenoloji müayinə və qiymətləndirmələr nəticəsində başqa bir mərkəzdə boyun fəqərələrinə yerləşdirilən metal disklərin yerindən çıxdığını və onlardan birinin mədədə olduğunu qeyd edib.

 

Endoskopiya zamanı yemək borusunda perforasiya aşkar etdiklərini açıqlayan Elbəyli çox riskli əməliyyat etdiklərini, iynə ucu qədər açıq bir ləkə buraxmaq şanslarının olmadığını deyib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev