Cari ildə Şəki-Zaqatala TƏB üzrə göstərillən antenatal və doğuşayardım xidmətinin müqayisəli nəticələri təqdim olunub
13.06.2023 17:27
Şəki Rayon Mərkəzi Xəstəxanasında Şəki-Zaqatala Tibbi Ərazi Bölməsinə daxil olan ətraf rayonların (Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ) aidiyyəti işçilərinin iştirakı ilə video formatda konfrans keçirilib.
 
TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, görüşdə 2023-cü ilin ilk 4 ayı ərzində TƏB üzrə göstərilən antenatal və doğuşayardım xidmətinin müqayisəli nəticələri barədə ətraflı məlumat təqdim edilib.
 
Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova və şöbənin baş məsləhətçisi Şəbnəm Şahgəldiyeva, Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva, Keyfiyyətin idarəolunması şöbəsinin müdiri Xanım Məlikova, TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli, Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Əliyev və b. şəxslər iştirak ediblər.
 
Açılış nitqi ilə çıxış edən İcraçı direktorun müavini Anar İsrafilov konfrans iştirakçılarını salamlayaraq, səhiyyədə ana və uşaq sağlamlığının prioritet istiqaməti olmasını vurğulayıb.
 
İlkin səhiyyə və təcili yardım departamentinin rəhbəri Anar Ağayev öz çıxışında bu istiqamətdə görülən işlər barədə məlumat verib.
 
Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova Şəki regionu üzrə antenatal xidmətin 2023-cü ilin ilk 4 ayının hesabat xarakterli məlumatını təqdim edərək, Azərbaycanda ana və uşaq ölümlərinin tədricən azaldılmasına yönləndirilən tədbirlər, doğum və reproduktiv sağlamlıq sahəsində mövcud problemlər, gələcəkdə bu halların aradan qaldırılmasına nail olmaq üçün görüləcək işlər barəsində məruzə ilə çıxış edib.
 
Ana və uşaq sağlamlığı şöbəsinin baş məsləhətçisi Şəbnəm Şahgəldiyeva neonatal xidmət və təxliyələrlə bağlı çıxış edib, bu istiqamətdə görüləcək işlər barədə məlumat verib.
 
Daha sonra TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli öz çıxışında Şəki Perinatal Mərkəzi üzrə perinatal göstəricilərin statistik təhlilinin nəticələrini təqdim edib.
 
İnfeksion nəzarətin təşkili barədə geniş məruzə ilə çıxış edən Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva perinatal xidmətdə bu məsələlərin təşkilinə dair öz tövsiyələrini verib.
 
Keyfiyyət standartlarına və onların hesabatlılıq sisteminin tətbiqinin təkmilləşdirilməsinə dair həyata keçirilməli olan tədbirlər haqqında isə Keyfiyyətin idarəolunması şöbəsinin müdiri Xanım Məlikova məruzə ilə çıxış edib.
 
Sonda doğuşayardım xidməti üzrə mövcud əmr və sərancamların, təlimat və protokolların icrasına nəzarəti, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi məqsədi ilə bu sahədə müntəzəm olaraq təhlillərin keçirilməsi müəssisə rəhbərlərinə tapşırılıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır