Bakıda V Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi keçirilib  
13.06.2023 17:23
Türk Dünyası MS Araşdırmalarına Dəstək Dərnəyi, Nevroloqların Milli Assosiasiyası və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda V Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi keçirilib.
 
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.
 
Bildirlib ki, tədbirin açılışında səhiyyə nazirinin müavini Nadir Zeynalov, Nevroloqların Milli Assosiasiyasının prezidenti Rəna Şirəliyeva, Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru Nazim Qasımov, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının prezidenti Aytən Məmmədbəylİ, Gülhanə Təhsil və Tədqiqat xəstəxanasının professoru Şeref Demirkaya, Kocaeli Universiteti Araşdırma və Tətbiq Xəstəxanasının professoru Hüsnü Efendi və digərləri çıxış ediblər.
 
Beynəlxalq konqresə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstandan canlı və onlayn formatda 300-dək iştirakçı qatılıb.
 
Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Davamlı Tibbi Təhsil üzrə akkreditasiya olunub və 17 DTT kredit balı ilə qiymətləndirilib.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev