Azərbaycanla Kuba səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
13.06.2023 11:06

Azərbaycanın Səhiyyə Nazirliyində Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanla Kuba arasında dostluq münasibətlərinin uğurla davam etdiyini vurğulayıb. Nazir ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirib.


Azərbaycanın səhiyyə naziri cari ilin mayında Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində kubalı həmkarı Xose Anxel Portal Miranda ilə görüşü xatırladıb: “Görüş çox faydalı oldu. Biz tibb müəssisələri və tibb təhsili üzrə əməkdaşlıq, əczaçılıq sahəsində tədqiqat və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr apardıq”.

 

Sonda Teymur Musayev ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu deyib.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Kuba İctimai Səhiyyə Nazirliyinin nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, səfərin məqsədi Azərbaycanda fəaliyyət göstərən xəstəxanalara ilkin baxış keçirtmək və onların mövcüd maddi texniki bazası ilə tanış olmaqdır.


Görüş zamanı tibbi təhsil, müalicə-sağlamlıq turizmi, perspektivdə biotexnoloji və əczaçılıq istehsallarının Azərbaycanda təşkili, səhiyyə sahəsində ölkələrimiz arasında gələcəkdə Anlaşma Memorandumunun imzalanması və digər istiqamətlərdə birgə fəaliyyətlər barədə müzakirələr aparılıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev