Mərkəzi Gömrük Hospitalında səhiyyə işçilərinin uşaqları ilə Əməkdar artist Bəhram Bağırzadənin görüşü təşkil olunub  
13.06.2023 10:42
Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ərəfəsində səhiyyə işçilərinin uşaqlarına imza tədbiri keçirib.
 
Aztibb.az-a bu barədə Mərkəzi Gömrük Hospitalından məlumat verilib.
 
İmza tədbirindən öncə Əməkdar artist Bəhram Bağırzadə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, Reanimasiya və anesteziologiya şöbəsinin rəisi Tural Sadıqov, anestezioloq-reanimatoloq Xəyal Məmmədov və tibb bacıları ilə görüşüb.
 
Görüşdə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov hər il 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ərəfəsində yeni kitablarının İmza gününü məhz Mərkəzi Gömrük Hospitalında keçirdiyi üçün Bəhram Bağırzadəyə təşəkkürünü bildirib. İdarə rəisi sənətkara özünün, rəis müavini İsmayıl Əfəndiyevin, Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayevin, Reanimasiya və anesteziologiya şöbəsinin rəisi Tural Sadıqovun, anestezioloq-reanimatoloq Xəyal Məmmədovun və həkim-infeksionist Mədinə Abdullayevanın imzaladıqları “COVID-19-un diaqnostika və müalicəsi” üzrə metodik vəsaiti və xatirə hədiyyəsi təqdim edib.
 
Əməkdar artist Bəhram Bağırzadə Ceyhun Məmmədov başda olmaqla bütün kollektivi Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, onlara şərəfli və fədakar fəaliyyətlərində uğurlar arzulayıb.
 
Mərkəzi Gömrük Hospitalının foyesində davam edən görüşdə Bəhram Bağırzadə uşaqlar üçün yazdığı kitablarını imzalayaraq, onlara hədiyyə edib.
 
Tədbir uşaqların böyük sevincinə səbəb olub. Onun təqdim etdiyi kitablar arasında uşaqlar üçün nəzərdə tutulmuş “Qarabağ Azərbaycandır”, “Bakı”, “Avtomobilin hekayəsi”, “Şuşa”, “Quranda adı çəkilən bitkilər” “Su haqqında”, “Hacı Zeynalabdin Tağıyev”, “Azərbaycan silahlı qüvvələri”, “Nizami Gəncəvi” və digər kitablar yer alıb.
 
Sonda Əməkdar artist uşaqların suallarını cavablandırıb. 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub