4 yaşlı uşaq üzərində aparılan əməliyyat uğurla nəticələnib - Kliniki Tibbi Mərkəz  
12.06.2023 14:50
Xəstəxanaların birində sağ tərəfli döş boşluğunun empieması (irinləməsi), ağır vəziyyətdə pnevmoniya ilə müalicə alan 4 yaşlı oğlan uşağı əməliyyat üçün TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzə (KTM) köçürülüb.
 
KTM-dən Aztibb.az-a bildirilib ki, xəstə gətirilərkən qan dəyərləri və ümumi vəziyyəti ağır olub.
 
4 yaşlı uşaq KTM-də qapalı üsulla uğurla əməliyyat olunub, əməliyyat 1 saat davam edib. Müalicə və müayinələri davam etdirildikdən sonra xəstə əməliyyatdan 20 gün sonra sağaldılaraq evə buraxılıb.
 
Qeyd edək ki, Kliniki Tibbi Mərkəzdə 0-18 yaş arası uşaqların torakoskopik üsulla əməliyyatları icra olunur. Döş qəfəsi əməliyyatları açıq və qapalı üsulla rahat şəkildə icra oluna bilir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev