AMEA-da akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib
11.06.2023 08:18

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Zəriflikdən hikmətə: Orta əsr ədəbiyyatında “Çiçək” mövzusunda elmi-praktik konfrans keçirilib.


Aztibb.az-a AMEA-dan verilən məlumata görə, Mərkəzi Elmi Kitabxanada keçirilən tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq 2023-cü ilin iki unudulmaz insanın - Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin keçirilməsi ilə əlamətdar olduğunu söyləyib.

 

AMEA rəhbəri akademik Zərifə Əliyevanın hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənərək Azərbaycanda qadın ziyalıların aparıcı qüvvəsi olduğunu, əsərlərinin bir çox xarici dillərə tərcümə olunaraq yeni oftalmoloq alimlərin yetişməsinə töhfə verdiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

 

Sonra Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyini, elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edib, onun elmi araşdırmalarının, alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə əsl Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı canlanır. Məhz bu baxımdan, bugünkü konfransın da zəriflik, hikmət və çiçəklə assosiasiya edilməsi təbiidir.

 

Tədbirdə akademiklər İradə Hüseynova və Gövhər Baxşəliyeva, Milli Məclisin deputatı Jalə Əliyeva, professor Paşa Qəlbinur Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan nümunələr gətirərək, onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb, alimin ictimai fəaliyyətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün məsuliyyətlə davam etdirildiyini vurğulayıblar.

 

Tədbirin bədii hissəsində akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub və qonaqlar Əlyazmalar İnstitutunun əməkdaşlarının əl işlərindən ibarət çiçək konsepsiyalı tətbiqi-sənət sərgisi ilə tanış olublar.

 

Konfransda Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları - dosent Aybəniz Rəhimova “XIX əsr Azərbaycan lirikasında “Süsən” çiçəyi”, böyük elmi işçi Şəhla Xəlilli “Türk Osmanlı ədəbiyyatının nümayəndəsi Əlaəddin Sabit Bosnəvinin “Lalə” rədifli qəzəli”, böyük elmi işçi Aysel Acalova “Kamal Ümmi “Divan”ında çiçək motivi”, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – şöbə müdiri dosent Aygül Hacıyeva “Gül adları bədii təsvir vasitələri kimi”, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli “Təsəvvüf ədəbiyyatında çiçək simvolikası”, böyük elmi işçi Tahirə Əliyeva “Ürəklərə nur verən alim qadın, müdrik ana – akademik Zərifə Əliyeva” və böyük elmi işçi Sevinc Rəhnulla “Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınmış “Gül dəftəri” mövzularında məruzələrlə çıxış ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev