Qusar RMX-da Təməl və Təkmil həyat dəstəyi təlimləri keçirilir
10.06.2023 08:21

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qusar RMX-da orta tibb işçilərinə Təməl və Təkmil həyat dəstəyi təlimləri keçirilir.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, İSX xidmətləri üzrə orta tibb personalının praktiki vərdişlərinin təkmilləşdirilməsi, peşə hazırlığının yüksəldilməsi üzrə təlimlər təşkil olunub.

 

Təlimçi TYB-nin bölmə müdiri Raif Həsənovun iştirakı ilə keçirilən təlimlərdə KHM, KTM və ASM-dən olan orta tibb işçiləri iştirak edirlər.

 

Təməl həyat dəstəyi (BLS) – Sadə tibbi ləvazimatlar istisna olmaqla, tibbi cihaz və invaziv müdaxilə tətbiq etmədən nəfəs yolu keçiriciliyinin təmin edilməsi, tənəffüs və qan dövranının dəstəklənməsidir.

 

Təkmil həyat dəstəyi (ALS) – Təməl həyat dəstəyi göstərildikdən sonra təcili olaraq, monitorizasiya və invaziv müdaxilələrin (endotrxial intubasiya, intravenoz müdaxilə və s.) tətbiqi ilə kardiovaskulyar qiymətləndirməni və medikamentoz müalicəni ehtiva edən tədbirlər kompleksidir.

 

Qeyd edək ki, Qusar RMX-nın Terapiya, Cərrahiyyə, ASM, A və R şöbələrində mütəmadi olaraq bu cür maarifləndirici təlimlərin təşkil olunması planlaşdırılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır