AİB və TƏBİB arasında DÖST və digər sahələrdə tərəfdaşlıq imkanları müzakirə edilib
09.06.2023 10:04
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Asiya İnkişaf Bankı (AİB) nümayəndələri arasında görüş keçirilib.
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, TƏBİB xəstəxanalarda yeni maliyyələşmə metodunu tətbiq edir, tibb müəssisələrində idarəetmənin optimallaşdırılması, bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması məqsədilə xüsusi proqram həyata keçirir. Bundan başqa, dövlət tibb müəssisələrində effektivliyin artırılması ilə bağlı özəl və dövlət əməkdaşlığı çərçivəsində də mühüm addımlar atılır.
Araz Nəsirov rəqəmsallaşdırılma istiqamətində həyata keçirilən işlərdən də danışıb. Qeyd edib ki, müasir dövrdə tibb sektorunda yüksək texnologiyaların tətbiqi olduqca vacibdir və bu xidmət keyfiyyətinin birbaşa artırılmasına xidmət edir.
AİB-nin Missiya lideri Kin V.Çan ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini vurğulayıb.
Görüş zamanı tərəflər 2024-2028-ci illər üçün Azərbaycan Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində hazırlanacaq “Azərbaycan dövlət-özəl tərəfdaşlığı Yol Xəritəsi”, TƏBİB-in növbəti illər üzrə DÖST strategiyası, AİB və TƏBİB arasında DÖST və digər sahələrdə tərəfdaşlıq imkanları ilə bağlı müzakirələr aparıblar.
Tədbirdə TƏBİB-in Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Ramin Ağayev, Strateji təhlil və inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, AİB DÖST-nin (Dövlət-Özəl Sektor Tərəfdaşlığı) baş məsləhətçisi Aura Abon, beynəlxalq məsləhətçi Mark Moseley və digərləri də iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

