TƏBİB əməkdaşları regional görüşdə iştirak ediblər
09.06.2023 11:55
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və ÜST-nin Avropa üzrə Regional ofisinin birgə ev sahibliyi etdiyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənən “Məqsədəuyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan regional görüş keçirilib.
Aztibb.az-a TƏBİB-dən verilən xəbərdə bildirilir ki, 5-7 iyun tarixlərində keçirilən görüşlərdə ÜST-nin Avropa regionunda, xüsusən də Şərqi Avropa və Mərkəzi Asiyadakı xəstəxanaların üzləşdiyi əsas məsələlər və imkanlar müzakirə edilib. Görüşdə 200-dən çox hökumət nümayəndəsi, xəstəxanaların tibb işçiləri və tərəfdaşları bir araya gəlib.
3 gün davam edən müzakirələrdə TƏBİB-in əməkdaşları da iştirak edərək xəstəxanalardakı vəziyyət, mövcud problemlər, onlardan çıxış yolları, həmçinin keyfiyyətli səhiyyə sisteminin qurulması istiqamətində əldə olunan uğurlar və yeniliklər barədə çıxışlar ediblər.
İyunun 6-da keçirilən tədbirdə söz alan TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva “Azərbaycanda infeksiyaların profilaktikası və infeksion nəzarət” mövzusunda panel sessiyada çıxış edib. Çıxış zamanı N.Mustafayeva tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasının TƏBİB-in başlıca strateji hədəflərindən olduğunu qeyd edib, ölkədə infeksion xəstəliklərlə əlaqəli son vəziyyət və infeksion nəzarətin 8 əsas komponenti üzrə TƏBİB tərəfindən görülən işlər barədə məlumat verib. N.Mustafayevanın sözlərinə görə, artıq 40-a yaxın müəssisədə infeksion nəzarət komitələri qurulub, bu mövzuda yeni təlimatlar hazırlanıb və məsul şəxslər təlimlərə cəlb olunub. Bu prosesdə müxtəlif xarici ölkələrin təcrübələrindən faydalanmaq məqsədilə səfərlər təşkil olunub, bu səfərlərdə tabeli tibb müəssisələrindən infeksion nəzarət üzrə məsul həkim və tibb bacıları iştirak ediblər.
7 iyun tarixində keçirilən görüşdə isə TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva “Azərbaycanda xəstəxanaların və səhiyyə sisteminin transformasiyası - tədbirlər üçün əkslər” panel sessiyasında çıxış edib. O, öz çıxışında TƏBİB-in bugünədək gördüyü işlərdən söz açaraq səhiyyə sistemində yeniliklər etməyə maneə olan məsələlərə toxunub.
Daha sonra TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli “Ölkə ehtiyaclarının müəyyən edilməsi və həllərin dəstəklənməsində ÜST-nin rolunun müəyyən edilməsi” adlı plenar sessiyada çıxış edərək gələcəyin xəstəxana modelləri barədə fikirlərini bölüşüb. Yalnız müalicə əsaslı deyil, profilaktika əsaslı tibbi xidmətin təşkilinin, problemlərin öncədən risk qiymətləndirilməsinin aparılaraq qabaqlayıcı tədbirlər görülməsinin və bu yolla səhiyyə sisteminin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

