ATU əməkdaşları Gürcüstanda beynəlxalq simpoziumda iştirak ediblər  
09.06.2023 08:56

ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və ETM-in Elektron mikroskopiya şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Fuad Rzayev Gürcüstanın Tbilisi şəhərində keçirilən V Beynəlxalq Biennal Simpoziumda iştirak ediblər.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, “Beyin və neyroplastiklik: Struktur və molekulyar aspektlər” mövzusunda keçirilən simpozium çərçivəsində ATU əməkdaşları məruzələr və posterlə çıxış ediblər.

 

Tədbirdə ABŞ, İsrail, Hollandiya, Macarıstan, Türkiyə və s. ölkələrdən olan tanınmış alimlərin yerinə yetirdikləri elmi mövzular ətrafında geniş müzakirələr aparılıb.

 

Simpoziumun sonunda azərbaycanlı alimlər beynəlxalq sertifikatla təltif olunublar.

 

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Tibb Universiteti ilə Gürcüstanın İvane Biritişvili adına Eksperimental Biotibb Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Buna əsasən ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrası və ETM-in Elektron mikroskopiya şöbəsi ilə adıçəkilən mərkəzin Beynin nano və arxitektonikası laboratoriyası birgə elmi işlər yerinə yetirib. Müqavilə müddətində yerinə yetirilən elmi tədqiqatların mühüm nəticələri əsasında 13 elmi əsər (6 məqalə, 7 tezis), o cümlədən 5 məqalə Web of Science indeksləmə bazalarına daxil olan jurnallarda dərc edilib. Səfər çərçivəsində professor Eldar Qasımov və Fuad Rzayev ATU ilə Biotibb Mərkəzi arasında əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına dair müzakirələr aparıb və razılıq əldə ediblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır