Naxçıvan Baş Gömrük İdarəsində TƏLİM: "Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” 
08.06.2023 16:22
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən Naxçıvan Baş Gömrük İdarəsində “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalının Mətbuat xidmətindən xəbər verilib.
 
Bildirilib ki, təlimdə Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi, gömrük xidməti leytenantı Şəhla Mirzəzadə, Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrinin əməkdaşları və könüllü gömrükçülər iştirak ediblər.
 
Tədbirdə Gömrük xidməti polkovniki Vüqar Əliyev çıxış edərək mövzunun aktuallığına dair fikirlərini bölüşüb və gömrük əməkaşlarını təlimdə fəal olmağa dəvət edib.
 
Daha sonra tibb xidməti mayoru t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təqdimatla çıxış edib.
 
Təlim auditoriyanı maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev