Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçiriləcək
07.06.2023 20:01

17-22 iyun 2023-cü il tarixlərində TƏBİB-in təşkilatçılığı ilə Bakıda ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçiriləcək.


Simpozium ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Heydər Əliyev İli” çərçivəsində təşkil edilir.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Bildirilib ki, simpoziumun keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.

 

Tədbirdə dünyanın 14 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edəcəklər.

 

Dünyadakı Azərbaycanlı Təbiblərin ilk Simpoziumunun iştirakçıları arasında müxtəlif ölkələrdən paytaxtımıza gələn 100-dən çox cərrah, transplantoloq, neyrocərrah, klinik embrioloq, kardioloq, uroloq, endokrinoloq, nevroloq, travmatoloq, pediatr, terapevt və bu kimi digər ixtisas mütəxəssisləri təmsil olunacaqlar.

 

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə təsadüf edən simpoziumun təntənəli açılış mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək.


İyunun 19-da xaricdən gələn azərbaycanlı həkimlərin iştirakı ilə Bakı, Sumqayıt, Lənkəran və Qubada yerləşən TƏBİB-in tabeli tibb müəssisələrinə səfərlər təşkil olunacaq. Səfər çərçivəsində tibb müəssisələri ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi baş tutacaq.

 

İyunun 20-21-də isə tibb sahəsinin yeniliklərinə və aktual mövzularına həsr olunan Simpozium öz işinə başlayacaq. Panel müzakirələri çərçivəsində müxtəlif tibbi mövzulara (“Tibdə innovasiyalar - yeni dərman və tibb vasitələrinin, bioloji preparatların inkişafı”, “Xəstələrə qayğı prosesində “ChatGPT” potensialından istifadə imkanları”, “Robotik cərrahiyyə”, “Robototexnika və naviqasiyanın spinal neyrocərrahiyyədə tətbiqi”, “Nevrologiyada non-invaziv müalicə metodlarının müasir aspektləri”, “Süni intellektin erkən diaqnostikada yeri”, “Orqan transplantasiyası - uşaqlığın köçürülməsi”, “İnsan orqanlarının 3D printerdə çap edilməsi”, “Müasir tibbi genetika sahəsində diaqnostikada istifadə edilən qabaqcıl metodlar və cihazlar”, “Reabilitasiyada virtual reallığın tətbiqi”, “Virtual reallıq eynəklərinin cərrahiyyədə tətbiqi”, “Molekulyar genetik metodların tibdə tətbiqi”) yer veriləcək.


İyunun 22-də xaricdə yaşayan və çalışan azərbaycanlı həkimlərin Şuşaya səfəri nəzərdə tutulub.

 

Qeyd edək ki, tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirən TƏBİB-in tabeli tibb müəssisələrində 17 minə qədər həkim, 58 minə qədər tibb işçisi əhalinin sağlamlığının keşiyində dayanır.

Xaricdə təhsil alan və çalışan həkim-mütəxəssislərin cəlb olunmasına hesablanan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində müxtəlif ixtisaslar üzrə 100-dək həkim-mütəxəssis hazırda dövlət tibb müəssisələrində çalışır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər