Türkiyədən 50-yə yaxın azərbaycanlı tibb mütəxəssisi könüllü xidmət göstərmək məqsədilə ölkəmizə gəliblər
13.10.2020 12:34
Türkiyə Respublikasında fəaliyyət göstərən “Azərbaycanlı Həkimlər Dərnəyi”nin təşəbbüsü və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə çalışan və təhsil alan 50 nəfərə qədər Azərbaycanlı tibb mütəxəssisi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə prosesində könüllü tibbi xidmət göstərmək məqsədilə ölkəmizə gəlmişdir.
 
Bundan başqa, mütəxəssislər özləri ilə müxtəlif tibbi vasitələr gətirmiş və ləvazimatları TƏBİB-ə təhvil vermişlər.
 
Aztibb.az xəbər verir ki, 12 oktyabr 2020-ci ildə TƏBİB İdarə Heyətinin sədri və məsul əməkdaşları həkimlərlə görüşmüş, onları Vətəndə görməkdən məmnunluqlarını ifadə etmişlər.
 
İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək bildirmişdir ki, “Bu gün Azərbaycan ordusunun qazandığı qələbələr Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilmədiyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu bir daha sübuta yetirdi. Bu tarixi qələbə yalnız ölkəmizin vətəndaşlarını deyil, dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizi səmimi qəlbdən sevindirir. Təsadüfi deyil ki, Türkiyədə yaşayan həkimlərimiz də öz bilik və bacarıqları ilə Vətən müharibəsində yaralanan əsgərlərimizin sağlamlıqlarına qovuşmaları üçün əzmlə çalışacaqlar. Natiq eyni zamanda vurğuladı ki, “Azərbaycanda tibbi personalın kifayət qədər olmasına baxmayaraq, Sizin bu gün Vətəndə olmaq istəyiniz bizi qürurlandırdı və bu nəcib təşəbbüsə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk”.
 
Sonda Türkiyədə çalışan azərbaycanlı həkimlər əsgərlərimizin sağlamlıqlarının qorunmasının onların mənəvi borcu olduqlarını vurğulamış, yaradılan şəraitə görə Heydər Əliyev Fonduna təşəkkür etmişlər.
 
Məlumat üçün bildiririk ki, tibb mütəxəssisləri TƏBİB-in tabeliyində olan müəssisələrdə xidmət göstərəcəklər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub