Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evində uşaqların dispanserizasiyası keçirilib
07.06.2023 14:08
Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-in tabeliyində fəaliyyət göstərən 1 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkim-pediatrları Nərgiz Dadaşova və Nüşabə Həbibova Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evində uşaqları dispanserizasiyadan keçiriblər.
 
Aztibb.az-a Rayon Xəstəxanasından verilən xəbərə görə, tədbir uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi, kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı məqəsdini daşıyır.
 
Eyni zamanda, 1 saylı ASM-in həkim-pediatrı Nərgiz Qasımova tərəfindən Sağlamlıq imkanları məhdud xüsusi İnternat Məktəbində şagirdlər, pedaqoqlar və valideyinlər üçün profilaktik peyvəndlənmə və dispanserizasiya ilə bağlı maarifləndirici tədbir təşkil olunub.
 
Tədbirdə uşaqların dispanserizasiyaya cəlb edilməsinin müsbət tərəfləri və bunun onların inkişaflarına təsirləri barədə məlumat verilib.
 
Sonda valideyinləri maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib