Könüllü gömrükçülərin Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsindəki fəaliyyəti başa çatıb  
07.06.2023 14:03
Gənclərin hərtərəfli inkişafına mühüm imkanlar yaradan könüllülük hərəkatının inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində formalaşdırılmış 9-cu “Könüllü gömrükçü” dəstəsinin 8 könüllü gömrükçüsünün Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində 3 aylıq fəaliyyəti uğurla başa çatıb.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, İnzibati İdarəetmənin Təşkili şöbəsinin inspektoru Minarə Qafarova və könüllü gömrükçülər iştirak ediblər.
 
Tədbirdə Şahlar Mirqasım könüllü gömrükçülərin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində uğurlu fəaliyyətlərini yüksək qiymətlənidirib, onlara gələcək işlərində uğurlar arzulayıb.
 
Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev könüllü gömrükçülərə hər zaman məsuliyyətli olmağı, fəaliyyət göstərdikləri sahədə əldə etdikləri bilik və bacarıqları daim inkişaf etdirməyi tövsiyə edib.
 
Könüllü gömrükçülər isə öz növbələrində onlar üçün yaradılmış şəraitə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə, kuratorlarına və kollektivə dərin təşəkkürlərini bildiriblər.
 
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev