"Uşaq serebral iflici, yeni və unudulmuş aspektlər" mövzusunda konfrans təşkil edilib
07.06.2023 11:16
Uşaqlarda serebral iflicin vaxtında aşkarlanması və müalicəsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzində “Uşaq serebral iflici, yeni və unudulmuş aspektlər” mövzusunda konfrans keçirilib.
Bu barədə Aztibb.az-a Bakı Baş Səhiyyə Mərkəzindən xəbər verilib.
Konfransda Mərkəzin tabeli uşaq poliklinikalarının pediatr, nevropatoloq, fizioterapevt, loqoped və digər mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova konfransın keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, serebral iflicin erkən aşkarlanması, uşağın zamanında reabilitasiyası və cəmiyyətə inteqrasiyası mühüm məsələdir.
Mərkəzin Pediatrik xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Rahilə Əsgərova ölkədə uşaq serebral iflicinə müdaxilə və reabilitasiyası barədə geniş məlumat verib.
UNICEF-in uşağın erkən inkişafı üzrə eksperti, Kliniki Tibbi Mərkəzin Uşaq Bərpa Mərkəzinin nevroloqu Təranə Seyid-Məmmədova uşaq serebral iflici üzrə dünya statistikası, yeni təsnifatlar, erkən aşkarlanma alqoritmi, həmçinin serebral iflic zamanı yanaşı gedən vəziyyətlərə yanaşmanın yeni aspektləri barədə məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
O bildirib ki, serebral iflic zamanı Kanadanın MakMaster Universiteti tərəfindən işlənib hazırlanan və bütün dünyada geniş istifadə edilən Böyük Motor Funksiyalarının Təsnifat Sistemini (GMFCS) gündəlik təcrübədə istifadə etmək vacibdir, çünki bu təsnifata əsaslanaraq uşağın hal-hazırda necə hərəkət etməyi haqqında və gələcək üçün yerimə proqnozunu vermək mümkün olur. Həmçinin, serebral iflicin erkən aşkarlanması üçün üçpilləli alqoritmdən istifadə etməyin zəruriliyi vurğulanıb.
Alqoritmin anamnez toplayaraq risk faktorlarını aşkarlamaq, Ümumi Hərəkətlərin Qiymənləndirilməsini (Prectl’s General Movement Assessment) istifadə etmək, standart nevroloji müayinə aparmaq, böyük və kiçik motor funksiyaların əldə olunma aylarını bilməkdən və neyrogörüntüləmədən (MRT-müayinə) ibarət olduğu bildirilib.
UNICEF-in milli təlimçisi, nevroloq Sidiqə Süleymanova “Serebral iflicinin erkən aşkarlanması” mövzusunda çıxış edərək bildirib ki, serebral iflic zamanı böyük və kiçik motor funksiyaların əldə olunma müddəti ləngiyir. Bu ləngiməni vaxtında aşkarlamaq üçün standart vasitədən istifadə etmək vacibdir.
Məlumat verilib ki, Azərbaycanda standard vasitə kimi Türkiyənin Ankara Universiteti tərəfindən işlənib hazırlanan və restandartizasiya tələb etməyən Beynəlxaq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyindən (İDİR) istifadə etmək olar.
Diqqətə çatdırılıb ki, İDİR-i istifadə edərək 0-42 aylıq uşaqların tək hərəki funksiyalarını deyil, həmçinin serebral iflic zamanı müşahidə olunan nitq, sosial-emosional, adaptiv davranış sahələrində də ləngimələri erkən olaraq aşkarlamaq mümkündür.
Fizioterapiyanın İnkişafına Kömək İctimai Birliyinin rəhbəri, “Tandem və Addım Mərkəz” lərinin təsisçisi, pediatr Nuranə Abdullayeva uşaq serebral iflici olan uşaqların reabilitasiyasının əsasları barədə konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, bir sıra hallar var ki, onlar serebral iflic diaqnozu altında gizlənə bilir. Reabilitasiyanın əsas istiqamətlərindən biri isə müvafiq həkim-mütəxəssislər tərəfindən aparılan tibbi nəzarət tədbirləridir.
"Fizioterapiyanın İnkişafına Kömək İctimai Birliyi"nin pediatrik-fizioterapisti Sabri Yılmaz uşaq serebral iflici olan uşaqların reabilitasiyasının əsasları barədə konfrans iştirakçılarına geniş məlumat verib.
"Fizioterapiyanın İnkişafına Kömək İctimai Birliyi"nin loqoped-defektoloqu Gülnar Zülfüqarova “Serebral iflici olan uşaqlarda çeynəmə, udma və əmmə problemləri” mövzusunda çıxış edərək, uşaqların inkişaf mərhələlərindəki gecikmələr, serebral iflicin inkişaf ləngimələrindəki rolu barədə danışıb.
Bakı Baş Səhiyyə Mərkəzinin Pediatrik xidmətlərin təşkili şöbəsinin müdiri Esmira Hacıyeva isə bir daha tədbirin önəmini qeyd edərək, bu cür konfransların davamlı şəkildə keçiriləcəyini bəyan edib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

