İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri regional görüşdə çıxış edib
07.06.2023 11:12
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və ÜST-nin Avropa üzrə Regional Ofisi ilə birgə ev sahibliyi etdiyi “Məqsədəuyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan regional görüş davam edir.
 
Agentlikdən Aztibb.az-a bildirilib ki, tədbirin sonuncu günündə Agentliyin Analitika və statistika şöbəsinin müdiri Rəşad Çobanlı "Azərbaycanda xəstəxanaların və səhiyyə sisteminin transformasiyası: fəaliyyət üçün düşüncələr" mövzusunda plenar iclasda çıxış edib. Agentliyin fəaliyyəti haqqında məlumat verən R.Çobanlı qurumun ölkənin səhiyyə sisteminin transformasiyası sahəsində gördüyü işlərdən danışıb.
 
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan Nümayəndəliyinin (USAID/Azerbaijan) dəstəyi ilə keçirilən regional görüş 200-dən çox hökumət nümayəndəsini, tibb işçisi və maraqlı tərəfləri bir araya gətirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib