Səhiyyə Nazirliyinin şöbə müdiri beynəlxalq görüşdə təqdimatla çıxış edib  
07.06.2023 13:16
Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə təşkilatçılığı ilə “Məqsədə uyğun xəstəxanalar: müasir səhiyyənin tələblərinə cavab vermək üçün keyfiyyət və davamlılığın prioritetləşdirilməsi” mövzusuna həsr olunan beynəlxalq görüş davam edir.
 
Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, tədbir çərçivəsində Azərbaycanın səhiyyə sistemində aparılan dinamik islahatlar və innovativ yanaşmalar mövzusunda sessiya keçirilib. Sessiyada Səhiyyə Nazirliyinin Tibb xidmətləri şöbəsinin müdiri Fazil Hüseynbəyov təqdimatla çıxış edib.
 
Təqdimatda qeyd edilib ki, xəstəxanalarda effektiv strateji planlaşdırma və monitorinq, perspektiv hədəflər və onlara nail olunması üzrə addımların sistemliyini özündə cəmləşdirir: “Xəstəxanalar keyfiyyətli tibbi xidmətlərin göstərilməsinin təmin edilməsi üçün hərtərəfli və müntəzəm monitorinq tələb edən çoxfunksiyalı müəssisələrdir. Rəqəmsal transformasiya dövründə xəstəxanaların monitorinqi yeni texnologiyaların və məlumatların analizi metodlarının tətbiqi sayəsində çoxsaylı dəyişikliklərə məruz qaldı. Bu da daha əhatəli və effektiv yanaşmanın tətbiq edilməsinə imkan verir”, - deyə Fazil Hüseynbəyov fikrini tamamlayıb.
 
Yerli və beynəlxalq iştirakçıların, həmçinin ÜST ekspertlərinin fəal iştirakı ilə baş tutan sessiyada xəstəxanalarda potensial risklərin müəyyənləşdirməsi, onların azaldılması üzrə planların işləyib hazırlanması və digər aktual məsələlər müzakirə olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib