Azərbaycanlı mütəxəssislər tərəfindən dizayn olunmuş "ağıllı" daşıyıcılar xərçəng dərmanlarının dəqiq hədəfə çatmasını təmin edə bilir  
06.06.2023 11:52
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Almaniyanın Heydelberq Univerisitetinin Mannheim Tibb fakültəsininin elmi tədqiqat laboratoriyasında olub. O, ATU-nun məzunu olmuş, hazırda Heidelberq Universitetinin doktorantı olan Səbinə Hacızadənin Azərbaycanla əməkdaşlığı çərçivəsində apardığı elmi işlərin gedişatı ilə maraqlanıb.
 
Aztibb.az xəbər verir ki, bu barədə Almaniyanın Bad Salzungen Xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri və üz plastik cərrahiyyə klinikasının şöbə müdiri Cavid Hüseynzadə sosial şəbəkədə məlumat paylaşıb.
 
Rektor Bakı Dövlət Universitetinin Nanolaboratoriyası tərəfindən hazırlanmış unikal quruluşlu nano dərman daşıyıcılarının 2D və 3D xərçəng modellərində sınaqdan çıxarılmasının gedişi ilə tanış olub.
 
Azərbaycanlı mütəxəssislər tərəfindən dizayn olunmuş bu "ağıllı" daşıyıcıların üstünlüyü ondan ibarətdir ki, onlar görünən işıq dalğaları və maqnit sahəsi ilə idərə edilərək xərçəng əleyhinə fərqli dərmanların dəqiq hədəfə çatmasını təmin edə bilirlər.
 
Universitetlər arası əməkdaşlığın əsas hədəfi gələcəkdə oxşar tədqiqatların Azərbaycan laboratoriyalarında tam həcmdə aparılmasını təmin etmək və birgə fəaliyyət nəticəsində patentləşdirilmiş dərman daşıyıcılarını təqdim etməkdir. Bu tədqiqatlarda iştirak azərbaycanlı mütəxəssislərə müasir elmi tədqiqat metodlarını mənimsəməyə imkan verəcəkdir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev