Peşəkar həkim Fariz Babayevi 60 illik yubileyi münasibətilə təbrik edirik!
06.06.2023 11:47

Bu gün tanınmış nefroloq, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Fariz Babayevin 60 yaşı tamam olur.

 

Aztibb.az səhiyyə xəbər portalı adından yubilyarı təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayırıq.
 
Qeyd edək ki, Fariz Hənifə oğlu Babayev 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə orta məktəbi qızıl medalla bitirib. 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-pofikaktika fakültəsində təhsil alıb, Universiteti fərqlənmə diplomu ilə bitirib.
 

Fariz Babayev 1989-1991-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda klinik ordinatura keçib.


1991-ci ildə M.Topçubaşov adına Elmi-Tədqiqat Klinik və Eksperimental Cərrahiyyə İnstitunun hemodializ laboratoriyasında kiçik elmi işçi ,1994-cu ildən böyük elmi işçi işləyib.

 

O, 1994-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi üzrə dissertasiya işini müdafiə edib. 2004-cü ildə “Vektor” Beynəlxalq Elmi Mərkəzi komissiyasının qərarı ilə “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunub. Ali dərəcəli həkimdir.

 

Fariz Babayev 1 səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 18 elmi-publisistik, 30-dan artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir.

 

Həkim Avropa Nefroloqlar və Dializ Assosiasiyasının (ERA – EDTA), MDB Nefroloqlar və Türk Dünyası Transplantoloqlar Dərnəyinin (TDTD) rəyasət heyətinin üzvü və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi, Dünya Transplantoloqlar Cəmiyyətinin (TTS), Azərbaycan Nefroloji Yardım İctimai Birliyinin idarə heyətinin, Səhiyyə Nazirliyinin hemodializ üzrə komissiyasının üzvüdür.

 

O, 2018-ci ildə ölkə başçısının Sərəncamı ilə “Tərəqqi" medalı ilə təltif edilib.


Fariz Babayev 16 sentyabr 2021-ci il tarixində TƏBİB-in icraçı direktoru Vuqar Qurbanovun əmri ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır