Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi 2 nömrəli Bakı Baza Tibb Kolleci ilə əməkdaşlığa başlayır
06.06.2023 09:53

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Mərkəzi Gömrük Hospitalının Mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, sənədi Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva imzalayıblar.

 

Memoranduma əsasən Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin orta tibb işçilərinin Mərkəzi Gömrük Hospitalında peşə təcrübəsi keçməsi, tibbi təhsil prosesini və elmi tədqiqatların inkişaf etdirilməsi, birgə sertifikatlaşdırılmış tibbi təlim kursları və elmi-təcrübi konfransların keçirilməsi, orta tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün birgə tədqiqatların və peşə təlimlərinin aparılması nəzərdə tutulub. Həmçinin, əməkdaşlıq əsasında bilik, ideya və kadr mübadiləsi, birgə sosial, xeyriyyə və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Gömrük Hospitalı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirməkdədir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır