Sirkə turşusu zəhərlənməsi ilə KTM-ə ağır vəziyyətdə müraciət edən xəstənin həyatı xilas edilib
05.06.2023 15:06
Kliniki Tibbi Mərkəzə (KTM) sirkə turşusu zəhərlənməsi ilə müraciət edən, vəziyyəti ağır olan xəstənin həyatı xilas edilib.
 
Aztibb.az-a Mərkəzdən verilən məlumata görə, 1985-ci il təvəllüdlü şəxs 13 may tarixində kəskin sirkə turşusu, fəsadlaşmış qanaxma, mədə bağırsaq qanaxması, hemoliz, kəskin böyrək çatışmazlığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
 
Həyat əlamətləri kifayət qədər aşağı olan xəstədə aparılan müayinələr zamanı diaqnozlar öz təsdiqini tapıb. Kəskin böyrək çatışmazlığı olan xəstəyə müalicə müddəti ərzində dializ müayinəsi də aparılıb. Ümumilikdə bir neçə ixtisas həkiminin nəzarətində olan xəstəni həyata qaytarmaq mümkün olub.
 
Hazırda xəstənin vəziyyəti stabil olduğu üçün sahə həkiminin nəzarətində evə buraxılıb.
 
Məlumat üçün bildirək ki, sirkə turşusu qəbul edən şəxsdə kimyəvi reaksiya yarandığı üçün bütün selikli qişalar və orqanlara ciddi ziyan dəyir. Həmçinin böyük bir maye və qan itkisinə səbəb olur. Buna görə güclü bir ağrı sindromu baş qaldırır.
 
Sirkə və ya digər maddələrdən zəhərlənmə baş verdiyi halda təcili yardım çağırmaq və ya tibb müəssisəsinə müraciət etmək vacibdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır