Xəzər və Egey dənizlərinin yosun bioresursları əsasında nanobiotexnoloji yollarla hidrogen enerjisi alınması məsələsi müzakirə olunub
05.06.2023 17:02

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioentrgetika laboratoriyasının müdiri, b.e.d. Yaşar Feyziyev və kiçik elmi işçi P.Səfərova və Türkiyənin Dokuz Eylül Universitetinin Biokimya bölməsinin professoru Levent Çavas və əməkdaşı Sema Doğmaz arasında onlayn formatda görüş keçirilib.

 

AMEA-dan Aztibb.az-a bildirilib ki, görüşdə elmi müzakirələr aparılıb. Toplantının əsas mövzuları Xəzər və Egey dənizlərinin yosun bioresursları əsasında nanobiotexnoloji yollarla hidrogen enerjisi alınması məsələləri olub və bu istiqamətdə birgə əməkdaşlığa dair ilkin razılığa gəlinib. Xüsusi olaraq, birgə layihələrin hazırlanması, gənclərin elmi potensialından istifadə edilməsi, birgə tədqiqat işlərinin və təcrübə mübadiləsinin aparılması üçün səfərlərin təşkili müzakirə olunub.

 

Toplantıda elmi əlaqələrin gücləndirilməsi və birgə tədqiqat istiqamətlərinin daha da genişləndirilməsi üçün çalışmaların davam etdirilməsi qərara alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır