Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşı Qazaxıstanda beynəlxalq təlimdə iştirak edib
05.06.2023 10:15

Qazaxıstan Respublikasının Aktau şəhərində beynəlxalq tibbi sanitar qaydalarının tətbiqi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional təlimi keçirilib.

 

ÜST-nin Avropa nümayəndəliyinin təşkil etdiyi seminarda Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistandan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndəliyinin tədbirdə iştirakı ÜST-nin Azərbaycan üzrə regional ofisi tərəfindən təşkil edilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, təlimdə ölkəmizi ÜST-nin Azərbaycan üzrə nümayəndəsi Cəvahir Süleymanova, Dövlət Gömrük Komitəsindən Şahlar Mirqasım və Səhiyyə Nazirliyindən Mürsəl Məmmədov təmsil ediblər.

 

Seminar zamanı iştirakçılar dövlət sərhəd buraxılış məntəqələrində beynəlxalq hüquq normalarına əsaslanan sanitar-nəzarət sistemi ilə tanış olublar.

 

Aktau şəhərinin beynəlxalq hava və dəniz limanlarına edilən səfərlər zamanı təlim iştirakçıları Beynəlxalq Tibbi Sanitariya Qaydaları çərçivəsində komanda-qərargah təlimlərində fəal iştirak ediblər.

 

Tədbirdə Azərbaycan nümayəndə heyətini təmsil edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım sərhəd-buraxılış məntəqələrində həyata keçirilən sanitar nəzarəti və əks-epidemik tədbirlərin tətbiqi sahəsində Azərbaycanın təcrübəsini əhatə edən geniş təqdimatla çıxış edib. Təqdimatda COVID-19 pandemiyası zamanı dövlət gömrük sərhədində sanitar-nəzarətin təşkili xüsusi yer tutmuşdur.

 

Seminar zamanı Avropa Bürosunun ekspertləri tərəfindən beynəlxalq səyahətlərlə bağlı risklərin qiymətləndirilməsinə, yerüstü keçid məntəqələrində sərhədyanı ölkələrlə sanitariya nəzarəti sahəsində əməkdaşlığın qurulmasına xüsusi diqqət yetirilib.

 

Sonda təlim iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev