Vüqar Qurbanov Ümumdünya Hemofiliya Federasiyasının prezidenti ilə görüşüb
04.06.2023 14:10

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Ümumdünya Hemofiliya Federasiyasının (WFH) prezidenti Sezar Qarridonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib

 

Görüşdə hemofiliyalı və talassemiyalı irsi qan xəstəliyinin daşıyıcısı olan xəstələrin müalicəsi, xəstəlik daşıyıcılarına multidisiplinar yanaşma, TƏBİB-in tabeli tibb müəssisələrində tətbiq edilən müalicə metodları, yaradılan şəraitlə bağlı müzakirələr aparılıb.

 

Həmçinin multidissiplinar yanaşma tələb edən xəstəliyin müasir müalicə metodlarından istifadə yolu ilə həm fizioterapevtlərin, həm də orta tibb personalının və psixoloqların cəlb olunmasıyla erkən müalicənin vacibliyi qeyd olunub. Eyni zamanda, dinamik və intensiv müalicənin əhəmiyyəti vurğulanıb.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanda bu xəstəliklərin daşıyıcısı olan şəxslərlə bağlı həyata keçirilən Dövlət Proqramları, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən göstərilən dövlət qayğısı barədə qonaqlara ətraflı məlumat verib. İcraçı direktor qeyd edib ki, irsi qan xəstəliyinin daşıyıcısı olan pasiyentlərə fərdi yanaşma metodu tətbiq olunmalıdır. Bu, xəstəliyin zamanında düzgün müalicəsinin təmin edilməsi üçün vacib amildir.

 

Azərbaycanda sözügedən xəstəliklərin müalicəsi üzrə həyata keçirilən işləri yüksək qiymətləndirən Ümumdünya Hemofiliya Federasiyasının prezidenti Sezar Qarrido bildirib ki, müalicə protokolları yenilənib, yerli həkimləri təlimlərə cəlb etmək yolu ilə onların yeni protokollara adaptasiyasını təmin etmək olar.

 

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov isə çıxışında beynəlxalq müalicə protokollarının Azərbaycan dilinə tərcümə olunduğunu və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində tibb işçiləri üçün təlimlərin təşkilinə dəstək ola biləcəklərini vurğulayıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev