Xətai Tibb Mərkəzinin Doğum şöbəsində ilk uşaq dünyaya gəlib
04.06.2023 17:00

Xətai Tibb Mərkəzinin Doğum şöbəsində ilk körpə dünyaya gəlib. Həm də ailənin ilk övladı olan qız uşağı tam sağlamdır.

 

Doğuşu həyata keçirən həkim, Doğum şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mehriban Hacəzadə Aztibb.az-a bildirib ki, uşağın çəkisi tam normal 3 kilo 800 qram, boyu isə 51 sm-dir.

 

Xatırladaq ki, TƏBİB-in Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsi əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Şöbə 10 ildən artıq fəaliyyət göstərib. 2013-cü ildə Doğum şöbəsi müvəqqəti fəaliyyətini dayandırsa da, Ginekologiya şöbəsi əhaliyə xidmət göstərməyə davam edib.


Şöbə ən yeni tibbi avadanlıqlarla, anesteziya aparatı, neonatal süni tənəffüs aparatı, isidicili uşaq bələmə masası, perfusomat, infusomat, xəstəbaşı monitor, EKG aparatı, portativ rentgen aparatı, əməliyyat masası, vakuum aspirasiya cihazı, süni tənəffüs aparatı, küveyz, avtoklav, sterilizator və s. təchiz edilib. Hazırda şöbədə 10 mama-ginekoloq, 3 həkim-neonatoloq, 5 mama, 10 tibb bacısı fəaliyyət göstərir.
Xətai Tibb Mərkəzi 2 korpusdan, 152 çarpayıdan ibarətdir. Tibb mərkəzində Terapiya, Nevrologiya, Reanimasiya və intensiv terapiya, Ümumi cərrahiyyə və uşaq cərrahiyyəsi şöbələri, Bakı şəhəri üzrə yeganə 24 saat təcili və təxirəsalınmaz xidmət göstərən Otorinolarinqologiya şöbəsi var.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”