Elmi Cərrahiyyə Mərkəzinin tədqiqat işlərinin hesabatı dinlənilib
03.06.2023 11:08

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) Elmi şurasının növbəti iclası keçirilib. Tədbirdə ECM-in Elmi şurasının üzvləri, elmi işçiləri və aidiyyəti üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

Aztibb.az xəbər verir ki, elmi şura əvvəlcə ECM-in elmi işçilərinin 2022-ci ilin ikinci yarısından bu günədək apardıqları elmi tədqiqat işlərinin hesabatını dinləyiblər. İclasda qeyd olunub ki, hesabat dövründə bir problem, bir istiqamət, dörd mövzu üzrə ümumilikdə on dörd iş aparılıb. Məruzəçilər qeyd ediblər ki, əldə edilən elmi nəticələr yerli və xarici jurnallarda, habelə Web of Science və Scopus bazalarında indeksləşən impakt faktorlu məcmuələrdə dərc olunmuş məqalələrdə öz əksini tapıb. Tədbirdə, həmçinin elmi işçilərin ölkəmizdə və xaricdə keçirilən respublika, eləcə də beynəlxalq səviyyəli elmi konfranslarda təqdim etdikləri məruzələrin müasir tibb elminin çağırışlarına cavab verən əhəmiyyətindən bəhs edilib.

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Daha sonra Elmi şura yekdilliklə elmi işçilərin hesabatlarının qəbul edilməsini qərara alıb.

İclasın gündəliyində yer alan növbəti məsələ ECM-in İnfeksiyaya və müalicəyə nəzarət komissiyasının hesabatı olub. Hesabatı təqdim edən Keyfiyyətə nəzarət şöbəsinin müdiri Günel Məmmədova görülən işlərdən, qarşıda duran problemlərdən bəhs edib.

Tədbirdə, həmçinin ECM-in şöbələrində dərman preparatlarının alınması, saxlanılması və sərfiyyatının cari vəziyyəti barədə Aptek bölməsinin müdiri Günay Kərimova çıxış edib. Çıxış ətrafında ətraflı müzakirələr aparılıb.
Sonda Elmi şura müxtəlif cari məsələlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparıb, müvafiq qərarlar qəbul edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır