Elmi seminar: “Ekstrasistoliya: əlamətləri, diaqnozu və onunla mübarizə üsulları”    
03.06.2023 11:52
Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Şəhər Xəstəxanasında maarifləndirici seminar keçirilib.
 
Bu barədə Aztibb.az-a STM-dən xəbər verilib.
 
Kardioloqların, o cümlədən digər ixtisas həkimlərinin qatıldığı seminarda xəstəxananın Kardiologiya şöbəsinin müdiri Cabir Məcidov “Ekstrasistoliya: əlamətləri, diaqnozu və onunla mübarizə üsulları” mövzusunda məruzə ilə çıxış edib.
 
C.Məcidov bildirib ki, ekstrasistoliya ürəyin ritm pozulmalarından ən çox rast gəlinən patologiyalarında olub, ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur.
Qeyd olunub ki, statistikaya görə təqribən hər 10 xəstədən 6-da müşahidə edilir. 50 yaşından sonra ekstrasistoliyanın rastgəlmə tezliyi 90 faizə çatır.
 
Vurğulanıb ki, sağlam ürəyin də sutka ərzində növbədən kənar döyünməsi mümkündür. Buna adətən stress, tütündən istifadə, spirtli içkilər, tünd çay və ya qəhvə qəbulu səbəb ola bilər.
 
Bildirilib ki, ürəyin ritm pozulmaları arasında ən çox rast gəlinən ekstrasistoliya, ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur.
 
O, ekstrasistoliyanın əlamətlərindən, eləcə də müasir müalicə üsullarından geniş bəhs edib.
 
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır