Rutin İmmunlaşdırma üzrə Keyfiyyət Tədqiqatının nəticələri təqdim olunub
03.06.2023 08:59
Avropa İttifaqının maliyyələşdirdiyi, ÜST-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Rutin İmmunlaşdırma üzrə Keyfiyyət Tədqiqatının nəticələri milli səhiyyə tərəfdaşları, beynəlxalq inkişaf agentlikləri, QHT-lər, səhiyyə sahəsində fəaliyyət göstərən media nümayəndələri və pasiyent assosiasiyalarına təqdim olunub.
 
Aztibb.az ÜST-nin Azərbaycan nümayəndəliyinə istinadla xəbər verir ki, fevral-mart aylarında Səhiyyə Nazirliyi və TƏBİB ilə əməkdaşlıq çərçivəsində ÜST ekspertlərinin texniki dəstəyi ilə keçirilmiş sorğu, Azərbaycanın 4 bölgəsində pediatr və vaksinatorlarla, valideyn və digər himayəçilərlə və mərkəzi/regional səviyyədə maraqlı tərəflər daxil olmaqla fokus qruplarla ətraflı müsahibələr şəklində baş tutub.
 
Tədqiqatın əsas məqsədi uşaqların vaksinasiyası ilə bağlı mövcud olan maneələr və təşviqedici amilləri öyrənməklə peyvəndlərlə əhatə dairəsi aşağı olan regionlar üçün tədbirlər planının hazırlanmasına dəstək verməkdən ibarətdir.
 
Sorğunun nəticələrinin paylaşılması üçün keçirilən seminarda ÜST-nin mütəxəssisi Bret Greq tərəfindən vaksinasiyaya maneələrlə bağlı tədqiqatın nəticələri və müəyyən edilmiş maneələri aradan qaldırmaq üçün tövsiyələr təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır