"Tibb müəssisələrində radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət mexanizmi” adlı tədbir keçirilib
02.06.2023 15:36
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in müraciəti əsasında “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan tibb müəssisələrinin rəhbər heyəti və aidiyyəti personalı üçün “Tibb müəssisələrində radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət mexanizmi” adlı tədbir keçirilib.
 
Aztibb.az-a Bakı Baş Səhiyyə Mərkəzindən  bildirilib ki, maarifləndirici xarakter daşıyan tədbirdə nüvə və radioloji fəaliyyətdə beynəlxalq tənzimləmə mexanizmləri, Azərbaycan Respublikasında tənzimləyici orqanın yaradılması və onun vəzifə və səlahiyyətləri barədə məlumat verilib.
 
Bundan əlavə, ölkəmizdə nüvə və radioloji fəaliyyətlə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri, o cümlədən “xüsusi icazə” üçün müraciət alqoritmi izah olunub, ionlaşdırıcı şüalanma mənbələri quraşdırılan otaqların radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, radiasiyadan qoruyucu konstruksiya elementlərinin normativ sənədlərə uyğunluğu məsələləri barədə danışılıb.
 
Həmçinin tədbir iştirakçılarına Agentlik tərəfindən həyata keçirilən nəzarət-yoxlama tədbirləri, obyektlərin risk qruplarına bölünməsi meyarları, yoxlama suallarının seçilməsi, yoxlama aktının tərtib edilməsi və nəticə qərarının qəbul olunması barədə ətraflı məlumat verilib. İştirakçılara “Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası”, “Tibbi rentgen avadanlığının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair təlimat”, “Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları” və “Qəzaların qarşısının alınması və nəticələrinin ləğv edilməsi proqramı” adlanan sənədlərin tərtib edilmə qaydaları da izah edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır