Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub
02.06.2023 12:42

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29 may – 2 iyun tarixlərində Özbəkistan Respublikasında səfərdə olub.

 

Aztibb.az-a Agentlikdən verilən xəbərə görə, səfərin məqsədi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu (Fond) ilə dayanıqlı əməkdaşlıq əlaqələri qurmaq və icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi aparmaq olub.

 

Zaur Əliyev, Özbəkistanın səhiyyə naziri Amrillo İnoyatov və Fondun icraçı direktoru Farrux Şaripov arasında keçirilən görüşdə qurumlararası əlaqələrin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

 

A.İnoyatov ölkələrimiz arasında strateji tərəfdaşlığın ildən-ilə inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin bu münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib.

 

F.Şaripov Azərbaycanın səhiyyə sahəsində apardığı islahatlarla bağlı təcrübəsinin onlar üçün çox maraqlı olduğunu vurğulayıb: “Sizin səfəriniz ölkələrimiz arasında həm iqtisadi, həm də sosial sahədə strateji əlaqələrin inkişafının məntiqi davamıdır. Rəhbərlik etdiyiniz qurumun fəaliyyəti və təşkilati strukturu Fondumuzun fəaliyyətinin təşkili üçün nümunə olmuşdur. Əminəm ki, təcrübə mübadiləsi fəaliyyətimizin səmərəliliyinin artırılmasına, həm səhiyyənin maliyyələşdirilməsinə, həm də biznes proseslərinin rəqəmsallaşdırılmasına imkan verəcək”.

 

Zaur Əliyev göstərilən qonaqpərvərliyə görə nümayəndə heyəti adından həmkarına təşəkkürünü bildirib. Daha sonra Agentliyin fəaliyyət istiqamətləri, ölkəmizdə tətbiq edilən icbari tibbi sığorta haqqında özbəkistanlı həmkarına geniş məlumat verib:

 

“Əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hədəfimiz əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə zəmanət verən universal tibbi sığortanı təmin etməkdir. Təcrübəmizi sizinlə bölüşə bildiyimiz üçün çox şadıq, çünki yeniliklərin tətbiqi prosesində həmişə birlikdə həll edilməli olan çətinliklər olur. Təcrübəmizə əsaslanaraq, biz Özbəkistandakı həmkarlarımızla əməkdaşlıq etməkdən məmnun olarıq”.

 

Daha sonra hər iki qurumun nümayəndələri icbari tibbi sığorta ilə bağlı təqdimatlarla çıxış ediblər. Agentliyin əməkdaşları tərəfindən iştirakçılara Xidmətlər Zərfi ilə təminata alınan və alınmayan tibbi xidmətlər, icbari tibbi sığorta fondunun maliyyə mənbələri və xərclərin əsas istiqamətləri, tibbi iddiaların idarə edilməsi, göndərişlərin verilməsi qaydası, tibb müəssisələrinin elektronlaşdırılması haqqında məlumatlar verilib. 

 

Nümayəndə heyəti, həmçinin Daşkənd, Sırdərya və Qulistan şəhərlərində fəaliyyət göstərən dövlət tibb müəssisələrində icbari tibbi sığortanının tətbiqi ilə tanış olublar.

 

Məlumat üçün bildirək ki, Özbəkistanda icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçirilir. Pilot layihə kimi icbari tibbi sığorta 2021-ci ildə Sırdərya vilayətində tətbiq olunmağa başlanıb. Cari ilin 1 iyul tarixindən icbari tibbi sığorta Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında, Daşkənd şəhərində, Səmərqənd, Nəvai, Surxandərya və Fərqanə vilayətlərində tətbiq olunacaq. 2025-ci ildən isə icbari tibbi sığortanın Özbəkistanın bütün ərazisində tətbiqi nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır