Gəncə Uşaq xəstəxanasında AKSİYA: 20-yə yaxın uşaq sünnət olunub 
01.06.2023 16:00
Gəncə Şəhər Birləşmiş Xəstəxanası (GŞBX) “Heydər Əliyev ili” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Uşaq xəstəxanasında sünnət aksiyası təşkil edib.
 
Aztibb.az-a GŞBX-dan bildirilib ki, “Uşaqların sağlam gələcəyi bizim üçün dəyərlidir!” devizi altında baş tutan tibbi aksiyaya xəstəxanasının peşəkar cərrahları Rahət Hüseynli, Leyla Əhmədova, Şükrəddin Qasımov, pediatrlar və tibb bacıları cəlb ediliblər.
 
İlk olaraq uşaqlar müayinə olunub, sonra onlardan qan analizi götürülüb. Daha sonra sünnət prosesi baş tutub. Aksiyada iştirak edən uşaqlar sırasında şəhid, qazi ailələrinin övladları da var. Aksiyada 20-yə yaxın uşaq sünnət olunub və əməliyyatların hər biri uğurla həyata keçirilib.
 
Qeyd edək ki, sonda aksiyada iştirak edən bütün uşaqlara Gəncə Şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Güllər Süleymanova tərəfindən hədiyyələr təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər