2022-2023-cü illər ərzində 2,5 milyon uşağa tibbi xidmət göstərilib - TƏBİB
01.06.2023 11:23
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
 
Uşaqların həyat və sağlamlığının mühafizəsini, sağlam inkişafını, ekoloji təhlükəsizliyini təmin edən şərait yaratmaq hər birimizin borcudur.
 
Onların “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində tibbi yardım almaq, dispanserizasiyanın nəticələri, o cümlədən aparılmış müayinə-müalicə tədbirləri, habelə sağlamlığının vəziyyəti haqqında tam və obyektiv məlumat almaq hüquqları vardır.
 
Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 2022-2023-cü illər ərzində 2,5 milyon (2 457 588) uşağa tibbi xidmət göstərilib, 60 mindən çox (60 736) uşaq isə cərrahi əməliyyat olunub.
2022-ci ilin ilk rübündə 2,2 milyon (2 231 463), 2023-cü ilin ilk rübündə isə 2,3 milyon (2 330 385) uşaq tibbi xidmətlərdən yararlanıb.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır