Vüqar Qurbanov İsrailin "Biofarmaks Afezco” şirkətinin rəhbər heyəti ilə görüşüb  
01.06.2023 09:03
TƏBİB-də İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “Biofarmaks Afezco”nun rəhbər heyəti ilə görüş keçirilib.
 
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, görüşdə qurumun İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan-İsrail əlaqələrinin xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığını bildirib. Qeyd edib ki, İsrail-Azərbaycan əlaqələri siyasi, iqtisadi, hərbi-texniki, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib.
 
Səhiyyə sahəsində də İsrail-Azərbaycan arasında sıx əlaqələr qurulduğunu söyləyən V.Qurbanov bildirib ki, tibb kadrlarının bilik və bacarıqlarının, səhiyyə idarəetmə modelinin təkmilləşdirilməsi, dərman və tibbi ləvazimatlarla təchizat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində də uğurlu işlər görmək mümkündür.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə keçirilən “Medinex” – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisində də "Biofarmaks Afezco” şirkətinin uğurla iştirak etdiyini vurğulayan icraçı direktor şirkəti bu il də sərgidə aktiv şəkildə təmsil olunmağa dəvət edib:
 
“Əczaçılıqda İsrailin güclü sənaye potensialının mövcudluğu, məhsullarının keyfiyyəti, vaksin, antibiotik istehsalı sahəsindəki təcrübəsi, innovasiyaların geniş tətbiqi də bizim üçün çox önəmlidir və bu amillərin qarşılıqlı əməkdaşlıqda faydalı olacağına inanıram”.
 
“Biofarmaks Afezco” şirkətinin həm icraçı direktoru Yossi Tzabari təmsil etdiyi şirkətin TƏBİB-lə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
 
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında şirkətin Azərbaycandakı nümayəndəliyinin tikintisi davam etdirilir. Burada 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur. İlk növbədə insulin istehsalı planlaşdırılır.
 
O, istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verib. Bildirilib ki, şirkət yerli istehsal, eləcə də biofarmasevtik məhsulların ixracı üçün beynəlxalq qabaqcıl biotexnologiyaların tətbiqini həyata keçirir.
 
“Biofarmaks Afezco”nun icraçı direktoru Ramal Şalmiyev də çıxışında şirkətin əczaçılıq sənayesi sahəsində dünya liderlərindən olduğunu söyləyib:
 
“Şirkət biotexnologiya, əczaçılıq və sintez API istehsalçıları üçün istehsalat müəssisələri və sistemlərinin qlobal layihə və tikinti xidmətləri təchizatçısıdır. 40 ildən artıqdır ki, şirkət bütün dünya sənaye liderlərinə xidmət göstərir, proses mühəndisliyi və texnologiya transferi ilə bağlı layihələrdə unikal imkanlar əldə edib.
 
“Biofarmaks Afezco” isə 2022-ci ildə yaradılıb. İsrail və dünya biotexnoloji şirkətləri ilə əməkdaşlıq edir. Şirkətdə insulin, peyvəndlər və IV məhlulların istehsalı üzrə qlobal standartlara uyğun qabaqcıl istehsal zavodu qurulacaq, məhsulların Azərbaycanda və bütün MDB ölkələrində satışı planlaşdırılır. Şirkət Azərbaycanı regionda biofarmasevtika mərkəzinə çevirmək öhdəliyi götürmüşdür”.
 
Görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır