Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
31.05.2023 17:15

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.


Ölkə pediatrları üçün nəzərdə tutulan tədbirdə Səhiyyə Nazirliyinin nümayəndələri ilə yanaşı, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, UNİCEF Azərbaycan ofisi və Ombudsman Aparatının nümayəndələri iştirak ediblər.

 
Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə uşaqların müdafiəsinin qorunması, uşaqların mənəvi, əxlaqi və sosial inkişafı vəziyyətinin, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin fəaliyyətinin müzakirə olunmasıdır.

 

Konfransda “Uşaqların beynəlxalq müdafiəsi: uşaqları necə qoruyaq?”, “Atanın uşaq sağlamlığında rolu”, “Uşaq hüquqlarının müdafiəsində qaynar xətlərin rolu” və digər mövzularda təqdimatlar edilib, mövzular ətrafında müzakirələr aparılıb.

 

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyinin “Davamlı tibbi təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya qaydaları” əsasında akkreditasiya olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib