Respublika Klinik Xəstəxanasında Ümumdünya Dağınıq Skleroz Gününə həsr olunan konfrans keçirilib
31.05.2023 16:58
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Dağınıq Skleroz Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbiri Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov Ümumdünya Dağınıq Skleroz Gününün beynəlxalq aləmdə qeyd olunmasının önəmini vurğulayıb. Bildirilib ki,Ümumdünya Dağınıq Skleroz Günü həmin problemlə məşğul olan Dağınıq Skleroz Cəmiyyətinin Ümumdünya Federasiyası tərəfindən təsis edilib. Statistik məlumatlara əsasən, dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı təxminən 2,8 milyon nəfərdir.
 
Diqqətə çatdırılıb ki, Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. 2018-ci il fevralın 28-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin həcminin, keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb.
 
Daha sonra konfransda TƏBİB-in İxtisaslı tibbi yardım departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxış edərək bildirib ki, dünyada dağınıq skleroz xəstəliyinin sübutlu profilaktika tədbirləri işlənib hazırlanmayıb. Lakin dağınıq skleroz xəstəliyində insanın immun sisteminin qeyri-normal fəaliyyətinin əsas rol oynadığını nəzərə alsaq, bu sistemi zədələyən faktorları qeyd etmək vacibdir: siqaret və alkoqoldan uzaq olmaq, normal müddətli və keyfiyyətli yuxu, bizi daim sıxan psixi stress faktorlarına uyğunlaşmağa çalışmaq, doğulduğun və böyüdüyün ərazi və iqlimdə yaşamaq, mülayim dərəcəli fiziki aktivliyi təmin etmək.
 
Tədbirdə çıxış edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofiziologiya Kafedrasının müdiri, professor Rəna Şirəliyeva qeyd edib ki, dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beynini zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Onun sözlərinə görə, dağınıq skleroz, əsasən, gənc yaşlarda başlayan, proqressivləşən və nəhayət, müalicə edilməzsə, ağır əlilliyə səbəb ola bilən sinir xəstəliyidir. Bu xəstəliyin ən xoşagəlməz xüsusiyyəti insanın cavan yaşlarında ciddi əlilliyinə səbəb olmasıdır.
 
Konfrans daha sonra Respublika Klinik Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri Aytən Hüseynovanın, şöbənin həkim-nevroloqları Nuray Həmidova, Nərmin Abdullayeva, Günel Əsədova və Nərgiz Məcidzadənin məruzələri ilə davam edib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır