Səhiyyə Nazirliyində İsrailin “BioPharmax” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib
30.05.2023 16:17

Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib.

 

Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, görüşdə Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının səmərəli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir.


Ölkələrimiz arasında əczaçılıq sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Teymur Musayev İsraildə əczaçılıqda güclü sənaye potensialının mövcudluğunu, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların geniş tətbiq olunduğunu diqqətə çatdırıb.


O, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

“Biopharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.


Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin “BioPharmax” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır