Maarifləndirici seminar: “Serebral iflicə yanaşma”
31.05.2023 14:13
Klinik Tibbi Mərkəzin (KTM) nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində “Serebral iflicə yanaşma” mövzusunda maarifləndirici seminar keçirilib.
 
KTM-dən Aztibb.az-a verilən xəbərə görə, seminar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üçün milli fəaliyyət planı” çərçivəsində təşkil edilib.
 
Maarifləndirici tədbirin əsas məqsədi serebral iflic olan uşaqların valideynlərinə serebral iflicin səbəbləri, gedişatı, müalicə və müdaxiləsi haqqında ətraflı məlumat vermək, uşağın hərəkət funksiyalarının yaxşılaşdırılması üçün onun düzgün vəziyyətdə olmasını, passiv və aktiv məşğələlərdən gündəlik ev şəraitində istifadə edilməsinin praktiki öyrənilməsidir.
 
Seminar Uşaq Bərpa Mərkəzinin həkim-nevroloqu Təranə Seyid-Məmmədova və baş tibb bacısı Səminə Hüseynova tərəfindən keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır