Pirallahı Tibb Mərkəzinin direktor müavini Fəranə Gözəlova - Həkimlərimizi tanıyaq!
01.06.2023 09:47
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Pirallahı Tibb Mərkəzinin direktor müavini Fəranə Gözəlovadan söz açacagıq.
 
O, 1962-ci İldə Lənkəran şəhərində anadan olub. 1979-1985-ci illərdə AZTU-nun Müalicə profilaktika fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə 4 nömrəli şəhər xəstəxanasında terapevt ixtisası üzrə internatura keçib.
 
Fəranə Gözəlova 1987-1992-ci illərdə Lənkəran şəhərində Fizioterapiya şöbəsində həkim, sahə terapevti, nevropatoloq işləyib. 1992-ci ildə Bakı şəhər 19 saylı TSH-da həkim-nevropatoloq, 2000-ci ildə STMM-də həkim nevropatoloq vəzifəsində çalışıb.
 
2006-2010-cu illərdə Azərbaycan Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil alıb. O, 2012-ci ildə 37 nömrəli şəhər poliklinikasında həkim-nevropatoloq, 2021-ci ilin aprel ayından Nərimanov Tibb Mərkəzinin 2 nömrəli poliklinikasında həkim-nevropatoloq, həmçinin Nərimanov Tibb Mərkəzində HMK-nın üzvü kimi fəaliyyət göstərib.
 
Fəranə Gözəlova 2022-ci ilin mart ayından Pirallahı Tibb Mərkəzinin TTTY şöbəsinin müdiri i.ləyib, 2022-ci ilin noyabr ayından isə direktor müavini vəzifəsini icra edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır